Bakıda sürücü qanını yol polisinin üstünə tökdü - ŞOK
Bizi izləyin

Qırmızı.az

Bakıda sürücü qanını yol polisinin üstünə tökdü - ŞOK

Bakının mərkəzində yol polisi ilə dalaşan sürücü özünü bıçaqladı

Bakıda avtomobilinin cərimə meydançasına aparılması ilə razılaşmayan sürücü özünə xəsarət yetirib. Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsi 31 ünvanının qarşısında baş verib. Burada Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Binəqədi sakini, 1993-cü il təvəllüdlü Ramazanzadə Faiq Rövşən oğlunun idarə etdiyi “İnfiniti” markalı avtomobili saxlayıblar. Yol polisi sürücüyə qayda pozuntusu ilə bağlı məlumat verib və avtomobili cərimə meydançasına aparmağa çalışıb. Bununla razılaşmayan 22 yaşlı oğlan bıçaqla qoluna zərbələr endirib. F.Ramazanzadəyə tibbi yardım göstərilib.

Faktla bağlı zəruri araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm