Lotu Qulinin rəqibi olan “vor zakon” həbs edildi
Bizi izləyin

Qırmızı.az

Lotu Qulinin rəqibi olan “vor zakon” həbs edildi

Moskvanın Krasnopresnenski məhkəməsi 46 yaşlı qanuni oğru Edik Tbiliskini 3 il müddətinə azadlıqdan məhrum edib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əsl adı Eduard Asatryan olan Edik Aslan Usoyan ( Ded Xasan) klanına rəqib qruplaşmanın başında dayanır.

Polis onu ötən il avqust ayının 6-da “Barry White” restoranında həbs etmişdi. Qanuni oğrunun üzərində axtarış zamanı narkotik vasitə aşkarlanmışdı.

Bundan bir qədər əvvəl isə Edik Tbiliskinin klanına daxl olan azərbaycanlı, 37 yaşlı qanuni oğru İlqar Əliyev və 38 yaşlı çeçen “vor zakon” İslam Edelgireyev də həbs edilmişdilər.

Onların da üzərindən xeyli miqdarda narkotik vasitə olan heroin aşkarlanmışdı.

Beləliklə, liderləri həbs edildikdən sonra Eduard Asatryanın qruplaşması xeyli zəifləyib.

Ded Xasan klanına əsas rəqib kimi hələ də Rövşən Lənkəranskinin daxil olduğu qruplaşma qalır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm