Ramil Usubov keçmiş rəis müavininə vəzifə verdi
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov keçmiş rəis müavininə vəzifə verdi

Bir neçə il əvvəl daxili işlər orqanlarından öz ərizəsi ilə uzaqlaşan rəis müavini yenidən polis sıralarına qayıdıb.

"Report"un məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsinin (PB) rəis müavini işləmiş polis mayoru Səlim Səlimov nazir general-polkovnik Ramil Usubova raport yazaraq polis sıralarına qayıtmaq istəməsi barədə müraciət edib.

Müraciətə baxılaraq müsbət cavab verilib. Bundan sonra keçmiş rəis müavini müvafiq əmrlə Nizami RPİ 25-ci PB-nə baş təhqiqatçı vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.Səlimov uzun illər Laçın və Cəlilabad Rayon Polis Şöbələrinin polis rəisi işləmiş “Bizim Torpaqlar” İctimai Birliyinin həmtəsisçisi, təqaüddə olan polis polkovniki Akif Səlimovun oğludur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm