Qırmızı.az
İşdən çıxarılanlar əvvəlki işlərinə qaytarıldı
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin yanvar ayında ümumilikdə 38988 manat həcmində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, bu vəsaitin 22765 manatı əmək haqlarından, 2640 manatı zərərə görə ödənclərdən, 13583 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Sosial xarakterli ödənişlərin gecikdirilməsi halları əsasən sahibkarlıq subyektlərində aşkar edilib.
Qeyd olunan sahəyə dövlət nəzarətinin gücləndirilməsi yanvar ayında gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləğinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə azalmasına səbəb olub. Eyni zamanda, son bir ayda qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilmiş 5 nəfər öz əvvəlki işlərinə bərpa edilib.
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”