Qırmızı.az
Şagirdi şlanqla döyən müəllim məktəbdən uzaqlaşdırıldı
Bakının Sabunçu rayonunun 90 saylı orta məktəbində müəllim 7-ci sinif şagirdi Orxan Həsənovu şlanq ilə döyüb. Bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov şagirdi xəstəxanalıq edib.
Orxan Həsənovun valideynlərinin mətbuata verdiyi məlumata görə, müəllim onu maşınına tüpürdüyünə görə sinif otağına salıb, qapını arxadan bağlayıb və şlanq ilə döyüb. Uşaq xəstəxanaya aparılıb, müvafiq qurumlara da məlumat verilib.
Məktəbin direktoru Qurbantac Qazıbəyova Publika.az-a açıqlamasında hadisənin xoşagəlməz hal olduğunu və müəllimin müvəqqəti olaraq məktəbdən uzaqlaşdırıldığını bildirib:
“Hadisə fevralın 10-da baş verib. Həmin gün məktəbdə olmuşam. Şagirdin otağa salınıb döyülməsi doğru deyil. Amma səbəb barədə dəqiq məlumatım yoxdur, araşdırma aparılır. Belə bir xoşagəlməz hadisənin baş verməsi çox pisdir. Bu hal ilk dəfədir baş verib, həmin müəllimlə bağlı əvvəllər heç bir problem olmayıb. İstintaq yekunlaşana qədər müəllim məktəbdən uzaqlaşdırılıb. Elə bir insanın müəllim işləməsi düzgün deyil, o, məktəblik deyil”.
Qeyd edək ki, bu barədə ilk dəfə “Azadlıq” radiosu məlumat yayıb.
-
Sosial11:51Noyabrda 11 gün iş olmayacaq
-
MDB11:36Daha bir postsovet ölkəsi Rusiya ilə müharibəyə girir?
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...
-
Rəsmi xronika10:16İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə getdi - FOTO
-
Dünya09:30Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?
-
Sosial09:00Əhali üçün mühüm proqnoz verildi - Pensiyalara da təsir edə bilər
-
Region08:31İstanbulda dəhşət: Altımərtəbəli yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
-
Avropa08:2470 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadın öldü: Etirazların simvoluna çevrilmişdi
















.png)


















