Sinoptiklər xəbərdarlıq etdi: hava pisləşir
Bizi izləyin

Qırmızı.az

Sinoptiklər xəbərdarlıq etdi: hava pisləşir

Sinoptiklər hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, fevralın 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşam bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Axşam küləyin sürətinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturunun gecə 3-5, gündüz 8-12 isti, axşam 3 dərəcəyə kimi isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 17-də hava əsasən, yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, ciskin müşahidə ediləcək. Gündüz qərb rayonlarından başlayaraq, havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu, qar yağacağı gözlənilir. Gündüz qərb küləyi əsəcək, axşam ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında və rayonlarda temperaturun enməsi əsasən, fevralın 18 və 19-da müşahidə ediləcək. Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə 5-10, rayonlarda 7-12 dərəcə enəcək.

Bakıda və Abşeron yarımadasında fevralın 17-i axşam, fevralın 18-i axşam və səhər şimal-qərb küləyi arabir güclənəcək. Fevralın 18-19-da dağlıq və dağətəyi rayonlarda qar yağacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm