Qırmızı.az
Sərxoş kişi özünü çoxmərtəbəli binadan atmaq istədi (FOTOLAR)
Bu gün səhər saatlarında Gəncədə sərxoş şəxs intihara cəhd edib.
Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə Adilxan Ziyadxanov küçəsi, 38 ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb.
Şəhər sakini Samir Mehdiyev adıçəkilən ünvandakı çoxmərtəbəli
binanın damına çıaxaraq özünü oradan atmağa cəhd göstərib.
Dərhal hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstəsi, təcili tibbi yardım işçiləri cəlb olunub. Aparılan danışıqlar nəticəsində ağır dərəcəli sərxoş vəziyyətdə olan Samir Mehdiyevi fikrindən daşındırmaq mümkün olub və o, polis əməkdaşlarının səyi nəticəsində ərazidən uzaqlaşdırılıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, S.Mehdiyev ailəsində baş
verən itkilərlə bağlı mənəvi sarsıntı keçirdiyi üçün bu addımı
atmaq istəyib. Polis İdarəsinə aparılan S.Mehdiyevin özünə qəsd
etmək istəməsinin dəqiq səbəbləri araşdırılır.
Qeyd edək ki, bəzi məlumatlara görə, fevralın 15-də S.Mehdiyevin azyaşlı övladı dünyasını dəyişib və o da bu dərdə dözməyərək intihar etmək qərarına gəlib.
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?