Mirəziz Seyidzadə: “Mənə qadağa qoya bilməzlər“ - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Mirəziz Seyidzadə: “Mənə qadağa qoya bilməzlər“ - AÇIQLAMA

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nüfuz dairəsində olan din xadimlərinə media ilə əməkdaşlıqda müəyyən qadağalar tətbiq edib.AzNews-a daxil olan məlumatda qeyd olunur ki, İdarənin nüfuzlu din xadimlərinə, Qazılar Şurasının üzvlərinə, o cümlədən adıçəkilən qurumda yüksək post tutan şəxslərə mətbuatla mümkün qədər az əməkdaşlıq etmək, hətta müsahibə verməmək kimi tapşırıq verilib.

teleqraf.com məsələyə aydınlıq gətirmək üçün QMİ sədrinin müavini Fuad Nurullahi ilə əlaqə saxladıq. O, söhbətə narazılıqla başldı: "Keçən dəfə məndən açıqlama almışdız. Saytınıza baxdım. Həmin yazıda Qamət Süleymanovun da mövqeyi var idi. Ayrı-ayrı yerlərdə açıqlama aldığınız adamların şəkillərini niyə yan-yana vurursunuz, sözlərini niyə eyni məqalədə verirsiniz. Ona görə də, bundan sonra bizim mətbuat xidmətilə əlaqə saxlamalı olacaqsız".

Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri Mirəziz Seyidzadə qadağadan xəbəri yoxdur: "Mənə qadağa qoya bilməzlər. Mən fətva şöbəsinin müdiriyəm. Nə danışdığımı da bilən adamam. Qadağa barədə ətraflı öyrənəndən sonra bu barədə geniş danışa bilərəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm