Nazir direktorla bağlı əmr verdi
Bizi izləyin

Qırmızı.az

Nazir direktorla bağlı əmr verdi

Kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayevin əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bununla əlaqədar Aqrar Elm Mərkəzində keçirilən tədbirdə nazir müavini Seyfəddin Talıbov seleksiyaçı alim Əsəd Musayevin aqrar elmə verdiyi töhvələrdən danışıb.

Əsəd Musayev seleksiyaçı alim kimi uzun müddət rəhbərlik etdiyi doğma Elmi-Tədqiat Əkinçilik İnstitutunda elmi fəaliyyətini davam etdirəcək.

Nazirin müvafiq əmri ilə Aqrar Elm Mərkəzinin baş direktoru vəzifəsi müvəqqəti olaraq Balayev Rəsul Ənvər oğluna həvalə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm