Qırmızı.az
Qulu Məhərrəmlidən SOS: "Bu hələ başlanğıcdır!"
“Bu gün telekanallarda özünü göstərən mənfi tendensiyalardan biri kimi, müğənnilərin və teleaparıcıların ekrandakı bayağı davranışı ilə bağlı verdiyim açıqlamanın rezonans doğurması yaxşıdır. Sadəcə, bu açıqlamanın konkret bir müğənniyə, yəni Röyaya və onun iştirak etdiyi verilişə şamil olunmasını istəməzdim”.
Bu fikirləri media eksperti Qulu Məhərrəmli sosial şəbəkədəki səhifəsində paylaşıb.
Q.Məhərrəmli açıqlamasındakı fikirlərin daha geniş mənada qavranılmasını istəyir:
“Özlüyündə bu müğənninin səsini və ifa tərzini bəyənirəm, radioda ona məmnuniyyətlə qulaq asıram. ATV-nin “Gündəm”i isə populyar əyləncə proqramları hazırlamaq ənənəsi olan bu televiziyanın ən baxımlı verilişlərindəndir, strukturca formalaşıb, yaxşı mövzular tapır, çox vaxt maraqlı qonaqlar dəvət edirlər. Amma mən açıqlamadakı mövzunun miqyasca bir az geniş qavranılmasını istərdim, çünki burada bütövlükdə bizim teleməkanı uçuruma aparan, ictimai əxlaqa ziyan vuran, sözü və ekranı nüfuzdan salan bir tendensiyadan söhbət gedir”.
Media eksperti artıq 5-6 ildir müğənnilər telekanallarımızın əvəzolunmaz qəhrəmanlarına çevrilməsinin narahatlıq doğurduğunu bildirib:
“Onların çoxunun səviyyəsizliyi, ekranlardakı danışıqları, düşük və bayağı davranışları, əksəriyyətinin ikrah doğuran şəxsi həyatı və bu həyatın bəh-bəhlə ekranlarda, saytlarda və qəzet səhifələrində təbliğ olunması ciddi narahatlıq doğurur. Məsələ heç də kiminsə qısa ətəklə efirə çıxmasında (hərçənd ki, burada da bir ölçü hissi olmalıdır), yaxud yaxasının açıq qalmasında deyil, məsələ bayağı davranışların arxasındakı niyyətdədir, mənəvi dəyərlərə hücumdadır, yeniyetmələrin dünyagörüşünə mənfi təsirdədir, ictimai-milli problemlərə biganəlikdədir. Nəticə yavaş-yavaş görünür, auditoriyanın çox hissəsi bu müğənnilərin iştirak etdiyi verilişlərə baxır, ölkənin tarixindən və mədəniyyətindən bixəbər olan gənclərin çoxu üzdəki müğənniləri özlərinə ideal seçir, çoxları danışıq və davranışlarında bu müğənniləri yamsılayırlar... Bu hələ başlanğıcdır!”
Gülxar
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO