Gənc qızı qətlə yetirən oğlanın anasından şok sözlər - VİDEO
Bizi izləyin

Qırmızı.az

Gənc qızı qətlə yetirən oğlanın anasından şok sözlər - VİDEO

Türkiyənin Mersin şəhərində vəhşicəsinə qətlə yetirilən Çağ Universitetinin tələbəsi, 20 yaşlı Özgəcan Aslanın qatili 26 yaşlı Süphi Altındökənin anası canlı yayımda yaşadıqlarını anladıb.

Axar.az xəbər verir ki, qatilin anası Naciyə Tan Şou TV-yə oğlunun vəhşicəsinə qətl törətməsində tək günahkarın ayrı yaşadığı keçmiş həyat yoldaşı olduğunu qeyd edib.

Həyat yoldaşından 6 il əvvəl boşanan Naciyə Tan belə davam edib: “Mən anayam. Mənim də qızım var. Qızımın başına belə şey gəlməsini istəyərəmmi? Əsla! Mən uşağımı qoruya bilmədim. Atasının şiddətə meyli vardı, biz neçə ildir ki, ayrıyıq. Uşaqlarımın onun yanında böyüməsini istəmədim. Ərimdən çox şiddət gördüm, amma valideynlərimə demədim. Atası kəmərlə, kəsici alətlə döyürdü məni. Bunları heç kimə söyləyə bilmədim. Üç gündür heç kimlə danışa bilmirəm. Mən bu hadisəni eşitdiyimə inana bilmirdim. Ta ki hadisənin içində atasının olduğunu dedilər, onda inandım. Uşağımın səhhətində problem vardı. Mənim uşağım nələr yaşamadı ki?! Mən bunu izah edə bilmirəm. Bir insanı yox etməyə haqqı yoxdur mənim oğlumun. Buna əsla haqq qazandırmıram. Mən bunu əsla qəbul etmirəm. Bu hadisədən sonra oğlumla görüşməmişəm. Mən o ailənin yanına getməyi çox istəyirəm. Mən o ailəyə nə deyəcəyimi, acımı izah edə bilmirəm. Əlindən, ayağından öpürəm o valideynlərin. Mən də anayam. Heç kimə heç nə danışa bilmirəm O qədər səbəb var ki... Hansını danışım. Amma bu səbəblər əsla oğlumu ağa çıxarmaq üçün deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm