Bakıda sabah temperatur 4 dərəcə olacaq
Bizi izləyin

Qırmızı.az

Bakıda sabah temperatur 4 dərəcə olacaq

Sinoptiklər sabahkı hava şəraiti ilə bağlı məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a verilən məlumata görə, fevralın 18-də Bakıda və Abşeron yarımadasında tutqun hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 0-2, gündüz 2-4 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 18-də havanın əsasən fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcə kimi isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm