Ramil Usubovdan 3 yeni təyinat
Bizi izləyin

Qırmızı.az

Ramil Usubovdan 3 yeni təyinat

Abşeron Rayon Polis İdarəsinin (RPİ) 3 əməkdaşı Binəqədi RPİ-yə təyinat alıb.

Report-un məlumatına görə, bu barədə müvafiq əmrləri Daxili İşlər naziri general-polkovnik Ramil Usubov imzalayıb.

Belə ki, Abşeron RPİ-nin Təhqiqat Bölməsinin rəisi polis mayoru Həsrət Aslanov Binəqədi RPİ-nin İstintaq Şöbəsinin (İŞ) rəisi təyin olunub. Binəqədi RPİ-nin İŞ-nin keçmiş rəisi polis polkovnik-leytenantı Ceyhun Axundov isə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə baş müstəntiq vəzifəsinə təyinat alıb.

Bundan başqa, Abşeron RPi-nin müstəntiqləri Nəriman Atakişiyev və Məhəmməd Tağıyev də Binəqədi RPİ-yə təyinatlar alıb.

Qeyd edək ki, Abşeron RPİ-in keşmiş rəisi polis polkovniki Namiq İsmayılov bir neçə ay əvvəl Binəqədi RPi-nin rəisi təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm