Qırmızı.az
Bakıda sulu qar və qar yağacaq
Şaxtalı və yağıntılı hava şəraiti davam
edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar
Bürosundan Publika.az-a verilən məlumata görə,
fevralın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti
üstünlük təşkil edəcək. Əsasən gecə və axşam yağıntının sulu qar və
qarla qarışıq yağması gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz
tədricən cənub-şərq küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə
isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 19-da havanın yağıntılı
olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar
yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntının kəsiləcəyi
gözlənilir. Şərq küləyi əsəcək
Aran rayonlarında havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlıq ərazilərdə gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye