Azərbaycana qaçaqmal siqaret gətirmək istədi
Bizi izləyin

Qırmızı.az

Azərbaycana qaçaqmal siqaret gətirmək istədi

Lənkəran aeroportunda 1000 qutu xarici markalı siqaret aşkar olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, Moskva-Lənkəran aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı İlkin Dadaşzadəyə məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb.

DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 2 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 1000 qutu xarici markalı siqaret aşkar olunub.

Faktla bağlı izahatında İ.Dadaşzadə baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm