Nazirlik: Brakonyerlərə nüfuzlu şəxslər tərəfindən himayədarlıq olunur
Bizi izləyin

Qırmızı.az

Nazirlik: Brakonyerlərə nüfuzlu şəxslər tərəfindən himayədarlıq olunur

Aparılan reyd və araşdırmalar göstərir ki, əsasən qanunsuz balıq ovu ilə məşğul olan brakonyerlərə kənardan ayrı-ayrı imkanlı və nüfuzlu şəxslər tərəfindən himayədarlıq olunur, onlar iri tutumlu, sürətli və güclü motorlara malik qayıqlarla təmin edilirlər.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatında qeyd olunur ki, belə vasitələrlə təchiz olunan qanun pozucuları Xəzər dənizinin sahilindən 10 kilometrlərlə uzağa getmək və orada qanunsuz balıq tutmaq imkanlarına malik olurlar. Texniki təchizatın tələb olunan səviyyədə olmaması səbəbindən həmin sürətli qayıqların saxlanılması Nazirliyin əməkdaşlarının imkanları xaricindədir və bu səbəbdən həmin qanun pozucularını məsuliyyətə cəlb etmək bir sıra hallarda mümkün olmur.

Nazirlikdən verilən məlumata görə, qanunsuz ovlanmış balıqların ayrı-ayrı şəxslər tərəfindən müxtəlif yerlərdə, xüsusilə də yol kənarlarında satılmasının qarşısının alınmasında ciddi çətinliklər var.

“Qanunsuz ovlanmış balıqlar yol kənarlarında, xüsusilə də Bakı-Quba yolunun Siyəzən və Şabran rayonlarının ərazisindən keçən hissəsində satılır. Bunun qarşısını almaq üçün bir sıra tədbirlər görülür. Lakin qanunsuz olaraq balıq satışının qarşısını almaq üçün keçirilən tədbirlər zamanı Nazirliyin əməkdaşları qanun pozucularının müqaviməti, təhqirləri və müxtəlif təhdidləri ilə üzləşirlər. Bunun nəticəsidir ki, həmin qanun pozucuları tərəfindən bu əməkdaşlar barəsində qərəzli və reallığı əks etdirməyən məlumatlarla bağlı çoxsaylı şikayət ərizələrinin hazırda da Azərbaycan Respublikası Prezidenti Administrasiyasına daxil olmaqda müxtəlif instansiyalara axını davam edir”.

Son 10 il (2004-2014) ərzində su bioresurslarının mühafizəsi və balıq ovu qaydalarına riayət edilməsi ilə bağlı ETSN-nin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq ümumilikdə 1404 qanun pozuntusu aşkar edilərək, 1203 nəfər məsuliyyətə cəlb edilib. 418666 manat məbləğində iddia qaldırılıb və onlara qarşı 157763 manat məbləğində cərimə tətbiq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm