Hərbi hissələrin bir qrup şəxsi heyəti Heydər Əliyev Mərkəzində olub - FOTO
Bizi izləyin

Qırmızı.az

Hərbi hissələrin bir qrup şəxsi heyəti Heydər Əliyev Mərkəzində olub - FOTO

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Şəxsi Heyət şöbəsinin 2015-ci il tədris planına əsasən, Baş İdarənin və onun tabeliyində olan hərbi hissələrin bir qrup şəxsi heyəti fevralın 18-də Heydər Əliyev Mərkəzində olub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, zəngin mədəniyyətə malik Azərbaycan xalqının tarixi nailiyyətlərini, mədəni həyatda qazanılmış uğurlarını öyrənmək, həmçinin bu müvəffəqiyyətlərin əldə edilməsi sahəsində öz müdrik siyasəti ilə qəlbimizdə böyük sevgi və ehtiram dağı ucaltmış ümummilli liderimiz Heydər Əliyevin həyatı ilə bağlı dəyərli anları yenidən yaşamaq baxımından Mərkəzdə olan gəzinti xoş təssürat yaradıb.

İstər ölkəmizin sürətli inkişaf yolunu, istər tariximizi, istərsə də ulu öndərimizin şəxsi həyatını və əmək fəaliyyətini özündə parlaq əks etdirən sərgi nümunələri, qədim eksponatlar, hədiyyələr və müxtəlif təyinatlı əşyalar böyük maraq doğurmaqla yanaşı, ümummilli öndərimizə olan sonsuz sevgi və diqqəti xeyli artırıb və milli qürur hissini gücləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm