Haramı düzündə Qaradağlı fləşmobu - FOTO
Bizi izləyin

Qırmızı.az

Haramı düzündə Qaradağlı fləşmobu - FOTO

Bir qrup gənc Qaradağlı faciəsinin ildönümünü cəbhə xəttinə yaxın ərazidə fləşmob keçirməklə anıblar.

Publika.az-ın məlumatına görə, gənclər faciə günü Beyləqan rayonu Haramı düzünə gedərək Qaradağlı camaatının şəxsi hesabına tikdirdikləri “Qaradağlı abidəsi”ni ziyarət ediblər. Daha sonra ictimaiyyətin diqqətini çəkmək üçün abidənin qarşısında şəhidlərin şəklini sinələrinə yapışdıran gənclər bir anda yerə yıxılıblar. Qaradağlı ictimaiyyəti bu hadisədən təsirlənərək göz yaşı axıdıblar.

Fləşmobun ssenari müəllifi Röya Qarabağlı deyib ki, 1992-93 cü illərdə başımıza gətirilən faciələri her zaman anmalı və unutdurmamalıyıq: "Son illər mənfur düşmənlərimizin saxta iddiaları dünya çərçivəsində ayaq açıb yerisə də, biz bunun qarşısını almalıyıq. Bunun üçün daha aktiv və planlı hərəkət etməliyik. Diqqətləri çəkmək üçün təsirli və fərqli vasitələrdə istifadə etməyimiz mütləqdir. Fləşmob da vasitələrdə biridir.”

Qeyd edə ki, Qaradağlı kəndi fevralı 17-də kənd özünümüdafiə dəstəsinin silah-sürsatı qurtarmağı səbəbindən işğal edilib. 4 il 4 gün düşmənlə əzimkar mübarizə aparan Qaradağlı igidlərini vətən sevgisi qalib, silah yoxluğu isə məğlub etdi. Qaradağlı faciəsi Xocalı faciəsindən fərqlənir. Ona görə ki, Qaradağlı igidləri qadın və uşaqları kənddən çıxardıqdan sonra mübarizələrini davam etdiriblər. Məhz buna görə də Qaradağlı- Qəhrəman kənd statusuna layiqdir. Tədbir zamanı Qaradağlı camaatı, Ali Baş Komandandan kəndin bu şücaiətini qiymətləndirməyini xahiş ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm