Görünməmiş dəhşət: kişi arvadını işgəncə ilə öldürdü
Bizi izləyin

Qırmızı.az

Görünməmiş dəhşət: kişi arvadını işgəncə ilə öldürdü

Arvadının başını əzib, boğazını kəsən kişi, daha sonra intihara cəhd edib

Ermənistanda görünməmiş dəhşət yaşanıb.

Ans press-in “News.am” saytına istinadən verdiyi məlumata görə, fevral ayının 15-ə, səhər saatlarında 38 yaşlı Artur Sarxoşyan qardaşının qəbri üztündə ağlasığmaz cinayət törədərək intihar etmək istəyib.

Belə ki, Artur Sarxoşyan qardaşının qəbri üstündə arvadı, 35 yaşlı Araks Martorisyanı vəhşicəsinə qətlə yetirib. O, arvadını əvvəlcə möhkəm döyüb. Daha sonra arvadının başına bir neçə dəfə daşla vurub. Başı parçalanan arvadının bədənindəki sümükləri sındırıb. Bununla da əsəbləri soyumayan Artur Sarxoşyan cibindəki ülgücü çıxararaq qadının boğazını kəsib.


Gözləri qanla dolan Artur Sarxoşyan sonradan venalarını kəsib. Onu ağır halda xəstəxanaya yerləşdiriblər.


Faktla bağlı Ermənistan cinayət məcəlləsinin 104-cü maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm