Dəmir yolunun qərargah rəisi həbs olundu
Bizi izləyin

Qırmızı.az

Dəmir yolunun qərargah rəisi həbs olundu

Bakının Nəsimi rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Bu barədə Report-a Nəsimi RPİ-dən məlumat verilib. Əməliyyat zamanı 55 yaşlı Məhərrəmov Əlövsət Əvəz oğlu saxlanılıb. O, vətəndaşları aldadaraq onlardan FHN-ə işə düzəltmək adı ilə pul alıb. Ümumilikdə bu üsulla vətəndaşların 10 min manatdan artıq pulunu mənimsəyən Ə.Məhərrəmov barəsində cinayət işi başlanılıb, istintaq davam edir. Ə.Məhərrəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağının Mülki Müdafiə Qərargahının rəisidir. QSC-dən bildirilib ki, hazırda Ə.Məhərrəmovun səlahiyyətləri QSC-də mühəndis vəzifəsində çalışan Vüsal Məmmədova həvalə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm