Xalq şairi səhhətindən danışdı: “Yaxşıyam”
Bizi izləyin

Qırmızı.az

Xalq şairi səhhətindən danışdı: “Yaxşıyam”

Bir neçə ildir ki, mütəmadi olaraq müalicə olunan və hazırda da həkim nəzarətində olan Azərbaycanın xalq şairi Zəlimxan Yaqub səhhətindən danışıb.

Z.Yaqub Publika.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini söyləyib: “Allaha şükürlər olsun ki, yaxşıyam. Xaricdə müalicə alıram, həkimlər məni müalicə edib yola salırlar”.

Xalq şairi aprelin 13-də müalicə üçün yenidən Almaniyaya gedəcəyini də deyib: “Hazırda özümü yaxşı hiss edirəm, səhhətim də normaldır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm