Qırmızı.az
Ərəb şeyxlərinin Azərbaycan səfəri: 650 minlik maşın aşdı - FOTO
Ərəb turistləri Azərbaycan regionuna səfər zamanı qəzaya düşüblər.
Oxu.Az xəbər verir ki, təqribən 10-15 gün əvvəl ölkəmizə gələn ərəblərin “Mercedes-Benz Gelandewagen AMG 63 6x6” markalı avtomobili Neftçala rayonunda palçığa batıb.
Ərəblərin batmış avtomobili digər “Mercedes-Benz Gelandewagen AMG 63 6x6” markalı avtomobil vasitəsilə ərazidən çıxarmaq cəhdi uğursuz alınıb, nəticədə avtomobilləri aşıb.
Turistlərin köməyinə yerli camaat gəlib, belə ki, onlar aşmış “Mercedes-Benz Gelandewagen AMG63 6x6” markalı avtomobili “MTZ-80” markalı traktor ilə ərazidən çıxardıblar.
Əldə etdiyimiz məlumata görə, ərəblər azərbaycanlıların köməyini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, “Mercedes-Benz Gelandewagen AMG 63 6x6”-nın orta qiyməti 650 000 dollar təşkil edir.
Xatırladaq ki, ərəb turistlər fevral ayından ölkəmizdə səfərdədir. Onlar iki 6 təkərli “Gelandewagen”, “Range Rover Cabrio” və daha 8 yolsuzluq avtomobilini Bakıya Dubay aviareysi ilə gətiriblər. Yerli KİV-in yaydığı məlumata görə ərəblər Azərbaycana nadir quşları ovlamaq üçün gəliblər.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ