Qırmızı.az
Nərimanov İcra Hakimiyyəti iddialara cavab verdi(FOTO)
Nərimanov Rayon İcra Hakimiyyəti “Xocalı” kiçik müəssisəsinin binasının icra qurumu tərəfindən sökülməsi ilə bağlı bəzi media vasitələrində gedən yazıya münasibət bildirib.
Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Publika.Az-a
bildirilib ki, abadlıq-quruculuq işləri ilə əlaqədar sökülmüş
qeyri-yaşayış sahələrindən biri də Koroğlu Rəhimov küçəsi 3 ünvanda
yerləşən sahəsi 1720 kv.m olan “Xocalı” kiçik müəssisəsinə məxsus
inzibati bina olub. Həmin inzibati bina 6 mərtəbəli olmaqla, 1-ci
və 2-ci mərtəbələr təmirli, digər mərtəbələr isə təmirsiz olub və
tikilidə lift sistemi mövcud olmayıb.
“Xocalı” kiçik müəssisəsinin inzibati binası qiymətləndirmə
komissiyası tərəfindən 3,5 milyon manat dəyərində qiymətləndirilib.
Sözügedən müəssisənin direktoru Əli Nəbiyev qeyd olunan məbləğlə
razılaşmayaraq, əsassız olaraq təklif olunan məbləğdən təxminən 3
dəfə artıq olmaqla 10 milyon manat kompensasiya tələb edib.
Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən rayonun iqtisadi
cəhətdən inkişaf etmiş ərazilərindən biri olan Ağa Nemətulla
küçəsində “Xocalı” kiçik müəssisəsinin inzibati binasının əvəzində
onun əvvəlki sahəsindən 40% artıq olmaqla yeni binanın tikilib
Ə.Nəbiyevə təhvil verilməsi təklif olunub. O, bu təkliflə
razılaşaraq özünün iştirakı ilə memarlar dəvət olunub və istəyinə
uyğun olaraq, 7 mərtəbəli (həmçinin mansard) sahəsi 3340 kv.m olan
müasir standartlara uyğun milli memarlıq üslubunda yeni inzibati
bina layihələndirilmiş və plan Bakı Şəhər İcra Hakimiyyətinin
Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılaraq
2011-ci ilin avqustunda podratçı şirkət müəyyənləşdirilərək dövlət
vəsaiti hesabına icrasına başlanılıb.
Məlumatda o da qeyd olunub ki, bina söküldüyü müddətdən 2013-cü
ilin oktyabrınadək Ə.Nəbiyevə hər ay 4 min manat olmaqla Rayon icra
Hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına kirayə haqqı
ödənilib. İki il ərzində binada yüksək standartlara uyğun olaraq
tikinti-quraşdırma və fasad hissəsində işlər tam başa
çatdırılıb.
Hazırda binanın daxilində təmir işləri həyata keçirilir. Binada
lift və mərkəzi istilik sistemi və digər kommunikasiya
xidmətlərinin həyata keçirilməsi də nəzərdə tutulub. Binanın inşası
aparılan 2 il müddətində Ə.Nəbiyev dəfələrlə tikintiyə baş çəkərək
aparılan işlərə görə öz təşəkkürünü bildirib. İşlər sona
yaxınlaşdığı üçün Rayon İcra Hakimiyyəti tərəfindən Ə.Nəbiyevə
müraciət olunaraq “Xocalı” kiçik müəssisəsinin təsisçilərini Rayon
İcra Hakimiyyətinə dəvət olunması, müəssisənin nizamnamə kapitalına
uyğun olaraq pay bölgüsünün aparılması bildirilib.
Lakin Ə.Nağıyev bunun hansı məqsədlə edildiyini sual edərək,
təsisçilərin İcra Hakimiyyətinə dəvət olunmamaları üçün müxtəlif
bəhanələr gətirərək onların gəlmələrinə mane olub. Ə.Nəbiyevə izah
edilib ki, təsisçilərin Rayon İcra Hakimiyyətinə dəvət olunmasında
əsas məqsəd onların əmlakının nizamnamə kapitalında qeyd edilmiş
pay bölgüsünə uyğun olaraq onlara təhvil verilməsi və sonradan
təsisçilər arasında narazılığın yaranmaması, onların məhkəmə
orqanlarına müraciət etməməsi üçündür.
Açıqlamada qeyd olunub ki, Rayon İcra Hakimiyyəti fürsətdən
istifadə edərək, “Xocalı” kiçik müəssisəsinin təsisçiləri haqqında
məlumatların icra strukturuna təqdim edilməsini xahiş edir: “Bizdə
olan məlumata görə “Xocalı” kiçik müəssisəsi 12 nəfər təsisçinin
adına rəsmiləşdirilib. Rayon İcra Hakimiyyəti ölkə prezidentinin
tapşırıq və göstərişlərinin rəhbər tutaraq bütün kateqoriyadan olan
imtiyazlı ailələrə xüsusi qayğı göstərir, o cümlədən rayon
ərazisində məskunlaşmış Xocalı sakinlərinə yüksək həssaslıq
göstərilir.
İcra hakimiyyəti bildirir ki, “Azadlıq” qəzetinin faktları
araşdırmadan Xocalı soyqırımının ildönümü ərəfəsində həqiqətə uyğun
olmayan məlumatların qəzetdə nəşr olunmasını təəssüf hissi ilə
qarşılayır və xahiş edirik ki, tərəflərindən verilən dolğun və
dəqiq məlumaları nəzərə alaraq, cəmiyyətə həqiqəti
çatdırsınlar.
Xatırladaq ki, tənqidi yazı “Azadlıq” qəzetində “İcra başçısına
intihar xəbərdarlığı” başlığı ilə gedib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!