FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Publika.az-ın məlumatına görə, nazirliyin saytında yayılan məlumatda deyilir: "19.02.2015-ci il tarixində Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli binada baş vermiş yanğın hadisəsi bəzi kütləvi informasiya vasitələrində yanlış olaraq partlayış kimi təqdim olunub".

FHN bir daha bildirir ki, ümumi sahəsi 500 kv.m olan ikimərtəbəli binanın (hər mərtəbəsi 250 kv.m olan) 1-ci mərtəbəsində dəmir qapı düzəltmə sexinin arakəsmə divarı 8 kv.m və tavanı 4 kv.m sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin lambirdən ibarət tavanı 12 kv.m sahədə deformasiyaya uğrayıb.

Qeyd olunur ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Binanın qalan hisəsi yanğından mühafizə olunub. Yanğın saat 12:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm