Qırmızı.az
23 mindən artıq bakalavr imtahanda iştirak edəcək
QDK Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il fevralın
22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin
magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini
keçirəcək.
İmtahan Respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə,
Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan
mərkəzində aparılır.
İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da
başlanır.
Bu mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun)
inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (5-i açıq tipli),
informatika üzrə 25 (5-i açıq tipli) və xarici dil üzrə 25 (5-i
açıq tipli) test tapşırığı təqdim olunur. Sualların
cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrın hər
bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv
cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanı Bakı şəhərində 30, Gəncə şəhərində 4, Naxçıvan,
Mingəçevir, Şəki və Lənkəran şəhərlərinin hər birində 1 binada
təşkil olunacaq.
İmtahanın idarə olunmasına 161 imtahan rəhbəri, 1759
nəzarətçi-müəllim cəlb olunacaq.
Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da
akkreditasiyadan keçmiş 50-dən çox KİV nümayəndəsi müşahidə
edəcək.
Ərizələrin qəbulu internet vasitəsilə fevralın 3-dən 12-dək
aparılıb. İmtahanda iştirak etmək üçün 23230 (ötən il 24560)
bakalavr ərizə təqdim edib. Onlardan 20706 nəfəri Azərbaycan
bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə
verənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlardır.
Bakalavrlardan 11620 nəfəri cari ilin, 11610 nəfəri isə əvvəlki
illərin məzunlarıdır. 50 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda
iştirak edəcək ən yaşlı bakalavr 1957-ci il təvəllüdlü, ən gənc isə
1996-cı il təvəllüdlüdür.
Qəbul imtahanı Bakı şəhərində 30, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir, Şəki və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 19521, Naxçıvanda 535, Gəncədə 1975, Mingəçevirdə 424, Şəkidə 355, Lənkəranda isə 420 bakalavrın imtahan verəcəyi gözlənilir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!