Biləsuvarda at hamilə qadını vurdu, uşaq öldü
Bizi izləyin

Qırmızı.az

Biləsuvarda at hamilə qadını vurdu, uşaq öldü

Biləsuvar rayonunda hamilə ananı at vurması nəticəsində körpə ana bətnində dünyasını dəyişib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisə ötən gecə baş verib. Rayonun Ovçubərə kənd sakini, 7 uşaq anası olan 40 yaşlı Səmayə Nuruyeva doğuş sancıları ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının Doğum Şöbəsində qəbul edilib.

“4-5 gün əvvəl qadını at vurub. Bunun nəticəsində döldə olan uşaq ölüb. Uşağın bətndə tərpənmədiyini görən qadın sancılarla xəstəxanaya daxil olub. Doğuşdan əvvəl həkimlərin apardıqları USM müayinə zamanı məlum olub ki, ananın bətnindəki döl ölüdür. Təbii üsulla aparılan doğuş prosesi zamanı uşaq ölü dünyaya gəlib və o, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb”.

Həmin xəstəxanada yarılan körpənin meyitindən analiz götürülərək Bakıya göndərilib. Analizin cavabı Bakıda aparılacaq biopsiyadan sonra məlum olacaq.

Həkimin sözlərinə görə, hazırda ananın səhhətində hər hansı problem yaranmayıb. Qadın müalicə olunur və bazar ertəsi evə buraxılacaq.

Qeyd edək ki, qadın ailəsi ilə Ovçubərə kəndində yerləşən obada yaşayır. Bu, onun 9-cu hamiləliyidir. Hazırda 7 uşaq anası olan qadın 6 yaşlı uşağını da itirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm