Qırmızı.az
"Məni həbsdən qəhrəmanım azad etdirdi" - Lamiyə ilə ÖZƏL MÜSAHİBƏ
Dünən Bakı Apelyasiya Məhkəməsinin hakimlər kollegiyasının qərarı ilə azadlığa buraxılan Lamiyə Quliyeva Şəmkirdəki doğma evlərində ilk müsahibəsini Teleqraf.com-a verib.
- Lamiyə xanım, uzun həbsdən sonra evinizə dönüş anında
keçirdiyiniz hissləri qısaca, necə ifadə edərdiniz ?
- Sevincimlə bərabər üzgünəm… Hamı dəyişib, heç kim xatırladığım
kimi qalmayıb. Babam, nənəm qocalıb… İlahi, onları mən
qocaltdım...
- Həbs illəri necə keçdi?
- Yox, heç xatırlamaq istəmirəm. Onu xatırlamaq yenidən həbsdə
olmaq kimi dəhşətlidir. Mən indi gələcək barədə, övladımın gələcəyi
barədə düşünməliyəm.
- Bəs həbsxanaya getdiyiniz anı necə
xatırlayırsız?
- O zaman mənim cəmi 15 yaşım vardı. Oraya qorxu və həycan dolu
hisslərlə getdim. Amma Tanrıma şükürlər olsun ki, bu qorxunun ömrü
çox olmadı. Bir neçə gündən sonra oradakıların da arasında normal,
hətta mehriban və qayğıkeş insanlar olduğunu gördüm.
- Onların sizə nə kimi köməyi dəyirdi?
- Onların yaşca ən kiçiyi mən idim. Bəziləri mənim şəxsimdə öz
övladlarını görürdü. Qayğıma qalanlar da var idi. Onların hər
birini ömrümün sonunadək ehtiramla xatırlayacağam. Mən göydə
Allahımın, yerdə yaxşı insanların sayəsində bu işgəncələrə dözdüm.
Yıxılmadım. Gənclik təravətimi, gözəlliyimi qoruyub saxlaya
bildim.
- İşgəncələr dediniz... Siz dustaqlığın, azadlıq
həsrətinin verdiyi mənəvi işgəncəni nəzərdə tutursunuz, yoxsa
fiziki işgəncələr də olurdu?
- Hər ikisini nəzərdə tuturam. Fiziki işgəncələr də olurdu.
Məsələn, cəza ərazisinə salınma… Buna dustaqların leksikonunda
“kars” və ya “karser” də deyirlər. Dəhşətli bir yerdir. Dörd divar,
yer beton və yalnız dəmir çarpayı. Yorğan-döşəksiz… Oraya yorğan
döşəyi sonralar verməyə başladılar.
- Sizi oraya tez-tez salırdılar?
- Çox tez-tez. Mənim dustaqlığımın çox hissəsi orada keçib.
Həbsxana dəhşətlərinin mənim üçün maksimum həddə çatdırılması
barədə xüsusi tapşırıq var idi. Hər xırda hərəkətimdən bir
“cinayət” düzəldib məni gah 7, gah 10 günlüyə oraya salırdılar.
- Azadlığa kimin sayəsində buraxıldınız?
- İlk növbədə, Allahıma minnətdaram. Sonra isə prezidentimiz İlham
Əliyevə, onun xanımı Mehriban Əliyevaya, baş prokuror Zakir
Qaralova, onun müavini Namiq Əsgərova, mənim səsimi dünyaya ucaldan
jurnalistlərə və həm də körpəmə borcluyam. Azadlığa çıxmağımda
onların hər birinin və sadalamadığım bir çoxlarının böyük rolu
oldu.
- Demək, övladınızı da xilaskarınız
sayırsız?
- Bəli, o, lap nağıllardakı qəhrəmanlar kimi bu cuppulu əlləri ilə
mənim əlimdən tutub azadlığa çıxardı. Məni türmədən pulla da xilas
etməyə çalışan oldu, tapşırıqla da… heç biri alınmadı. Amma bu
körpənin nə pulu var, nə ad-sanı, nə adamı. Bir pampersindən başqa
heç nəyi olmayan uşaq məni ictimaiyyətin diqqət mərkəzinə gətirə
bildi və mənim balaca qəhrəmanım məni həbsdən azad etdirdi.
- Bəs, bu qəhrəmanın atası haqqında nə
deyərdiniz?
- Onun barəsində lazımı yerlərdə sorğulara cavab vermişəm və
ictimaiyyətə bu barədə açıqlama verməyin hələ zamanı gəlməyib.
- Amma onun atası ilə əlaqə saxlayırsınız,
eləmi?
- Bəli.
- Yəqin ki, bu azadlıq sevincinin ardınca bir toy
sevinci də gözləyir sizi.
- Təbii. Amma bu barədə ətraflı danışmaq istəmirəm. Zamanı gələndə,
bunu hamı biləcək.
- Övladınızın adını nə qoymusuz?
- Əvvəlcə, penitensiar sistemin rəhbəri Mədət Quliyevin mənim
həbsimin süni surətdə uzadılmasındakı “xidmətlərinə” görə, onun
adını qeyri-rəsmi olaraq övladıma verdim. Mənim də soyadım
Quliyevadır. Dedim, qoy bir Mədət Quliyev də onun “xatirəsini”
mənim üçün əbədiləşdirsin. Amma indi fikrimi dəyişmişəm. Oğlumun
adını Uğur qoyacam. O, mənə uğur gətirdi, məni azadlığa
qovuşdurdu.
- Bəs necə oldu ki, türmədə uşaq dünyaya gətirmək
qərarına gəldiniz?
- Bunu özüm istədim… amma doğrusu, özümə qalsa, istərdim ki,
övladım türmədə yox, azdlıqda dünyaya göz açsın.
- Sizinlə bərabər eyni hadisəyə görə həbs edilən, keçmiş
nişanlınız Vüqar Əliyerlə münasibətləriniz indi nə
yerdədir?
- İndi Vüqar evlənib və övladı var. Mən ona da azadlıq arzulayıram.
Allah onun da qapısını açsın. Bunun üçün mən də əlimdən gələni
edəcəyəm.
- Gələcək həyatınızı necə
planlaşdırırsınız?
- Mən tezliklə Bakıya qayıdacağam və ailəmlə birlikdə orada
yaşayacağam. Qalanını zaman göstərər.
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir