Təbiət də ağlını itirib: Fevral ayının ən dəhşətli hadisələri FOTOLARDA
Bizi izləyin

Qırmızı.az

Təbiət də ağlını itirib: Fevral ayının ən dəhşətli hadisələri FOTOLARDA

Fevral ayı bütün dünyada baş vermiş təbii fəlakətlərlə yadda qalacaq.

Bu ay ərzində dünyanın müxtəlif ölkələrində fırtına, sunami, daşqın, sel, zəlzələ və digər bu kimi hadisələr ötən aylarla müqayisədə daha çox olub. Təbii ki, bunlar insanların həyatına da təsirsiz ötüşməyib.

Publika.az müxtəlif ölkələrdə təbii fəlakətlər zamanı çəkilmiş fotoları təqdim edir.

Toz burulğanı Misiri boz rəngə bürüyüb. Hadisə paytaxt Qahirədə daha çox hiss olunub. Burulğan səbəbindən ölkədə bir çox beynəlxalq uçuşlar təxirə salınıb.

Livanda da fırtına olub. Fırtına həm də bir neçə yaxın şərq ölkəsində hiss edilib. Livanda küləyin sürəti saatda 100 kilometrə çatıb.

Macarıstanda dəhşətli qar ölkəni iflic edib. Xüsusən də, buz bağlayan yollarda avtomobillərin hərəkəti mümkünsüz olub. Yağan qar səbəbindən məktəblərdə dərslər dayandırılıb.

Venesiya da daşqınların cəngində qalıb. İtaliyanın bu şəhərində suyun səviyyəsi artıb. Müqəddəs Mark meydanı da suyun altında qalıb.

İspaniya isə qarla mübarizə aparır. Ölkənin şimal hissəsində normadan artıq düşən qar əhali üçün çətinliklər yaradıb. Temperatur 0 dərəcədən aşağı düşüb. Bu da həmin region üçün xarakterik olmadığından bir sıra problemlərə səbəb olub.

İndoneziyada güclü yağışlar mövsümü başlayıb. Cakarta küçələri suyun altında qalıb. Ölkənin bir sıra rayonları sel təhlükəsilə üzləşib.

Güclü fırtına ABŞ-dan da yan keçməyib. ABŞ-ın Oreqon ştatında küləyin güc o qədər çox olub ki, hətta köklü ağacları da yerdən qoparıb.

Yunanıstanda da güclü küləklər hakim olub. Yunanıstan sahillərində külək özüylə bərabər qar və yağış da gətirib. Yerli hökumət daha güclü fırtınalara hazır olduqlarını bildirib.

İsrail də tozlu fırtınanın əsirinə çevrilib. Toz bütün ölkənin səmasını bürüyüb.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm