Məşhur avtomobil şirkətinin 105 yaşlı prezidenti öldü
Bizi izləyin

Qırmızı.az

Məşhur avtomobil şirkətinin 105 yaşlı prezidenti öldü

Yaponiyanın məşhur “Nissan” avtomobil şirkətinin 105 yaşlı prezidenti dünyasını dəyişib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ-da dünyasını dəyişən Yutaka Katayama şirkətin ilk prezidenti olmaqla bərabər, həm də ekonom-klas və idman stilli avtomobillərin yaradıcısı hesab olunur.

Katayama 1969-cu ildən indiyə kimi istehsal olunan “Z-car” avtomobil seriyasının “atası” hesab edilir. Onun adıyla bağlı olan və 1969-73-cü illərin məşhur “Datsun 510” avtomobillərinin istehsalı şirkətə milyonlarla gəlir gətirib.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm