Ələt-Astara yolu buz bağlayıb
Bizi izləyin

Qırmızı.az

Ələt-Astara yolu buz bağlayıb

Aramsız yağan qar Azərbaycanın cənub bölgəsində nəqliyyatın hərəkətini iflic edib.

Şahidlərin Avtolent.az-a verdiyi məlumata görə, Ələt-Astara yolunun Biləsuvar və Salyan rayonları ərazisindən keçən hissəsini qar və buz bağladığından 30-dan çox maşın yolda qalıb, bir neçə avtomobil isə toqquşub.

Bundan başqa Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yolun buz bağlaması nəticəsində minik maşını dərəyə yuvarlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Avtomobildə köməksiz qalan şəxslər xilas edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm