Ağsuda polis rəisi özünü güllələdi
Bizi izləyin

Qırmızı.az

Ağsuda polis rəisi özünü güllələdi

Ağsu rayon mühafizə polisinin rəisi Neman Tanrıverdiyev iş otağında özünü güllələyib.

Axar.az xəbər verir ki, N.Tanrıverdiyev fevralın 21-i səhər saat 9 radələrində özünü iş otağında tabel silahı ilə baş nahiyyəsindən güllələyərək, intihar edib. Onun intiharının səbəbi bilinmir. N.Tanrıverdiyevin Ağsunun Nəmirli kəndindən olduğu bildirilir.

Publika.az-a verilən məlumatda isə onun kabinetdə deyil, Ağsu rayon Polis İdarəsinin həyətində özünü vurduğu bildirilir.

N.Tanrıverdiyev 7 aydır ki, bu vəzifəyə təyin olunubmuş. Onun evli və iki övladı olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm