Bakıda dəhşət: ata və iki oğlu yandı
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşət: ata və iki oğlu yandı

Ötən gecə Bakıda dəhşətli yanğın hadisəsi baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşlara məxsus, taxta konstruksiyalardan ibarət, ümumi sahəsi 170 kv.m olan 6 evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1979-cu il təvəllüdlü Cəlilov Şaiq Gülşad oğlu, 2008-ci il təvəllüdlü Cəlilov Amil Şaiq oğlu və 2010-cu il təvəllüdlü Cəlilov Kamil Şaiq oğlunun yanmış cəsədləri aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 04:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm