Cəmil Həsənlinin qızına il yarım həbs cəzası verildi
Bizi izləyin

Qırmızı.az

Cəmil Həsənlinin qızına il yarım həbs cəzası verildi

Yasamal Rayon Məhkəməsi Milli Şuranın sədri, professor Cəmil Həsənlinin qızı Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

Virtualaz.org saytı xəbər verir ki, bu məlumatı öz facebook səhifəsində Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev yayıb.

Xəbərdə deyilir ki, məhkəmə Günel Həsənlini ötənilki avtoqəza olayı ilə bağlı cəzalandırıb.

Qeyd edək ki, Günel Həsənli ötən il sentyabrın 19-da özünə məxsus “KİA” markalı avtomobillə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm