Rayonlara gedən yollarda vəziyyət necədir?
Bizi izləyin

Qırmızı.az

Rayonlara gedən yollarda vəziyyət necədir?

Hazırda ölkə ərazisində respublika əhəmiyyətli bütün avtomobil yolları açıqdır. Avtomobillərin hərəkəti üçün heç bir problem yoxdur.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev onu da bildirib ki, bütün yollarda avtomobillər rahat hərəkət edir.

“Bəzi ərazilərdə qar şənbə günündən yağmağa başlamışdı. Lakin yolun hərəkət hissəsi xüsusi qreyderlərlə təmizlənirdi. Gecə şaxta olması ilə əlaqədar müəyyən problemlər var, amma yollar açıqdır”.

K.Əliyev onu da bildirib ki, şənbə və bazar günü qəzalar olsa da, bunlar hava şəraiti ilə əlaqədar olmayıb. Belə ki, həmin ərazilərdə yolun kənarı qar olsa da, hərəkət hissəsi açıq olub

Şənbə günü 9 yol nəqliyyat hadisəsi olub. Nəticədə 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Bazar günü gün ərzində 11 yol nəqliyyat hadisəsi olub. Hadisələr nəticəsində 9 nəfər ölüb, 11 nəfər yaralanıb. Salyan rayonu ərazisində avtomobillərin toqquşması nəticəsində bir minik avtomobilində 5 nəfər ölüb. Paytaxtda 3 hadisə olub, 6 nəfər yaralanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm