Qənirə Paşayeva Mersin bələdiyyəsində Xocalı Soyqırımını tanımaları təklifi ilə çıxış edib
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva Mersin bələdiyyəsində Xocalı Soyqırımını tanımaları təklifi ilə çıxış edib

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Mersin Böyük Şəhər bələdiyyəsinin sədri Burhanettin Kocamazla görüşüb.

Gorüşdə Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Mersin bələdiyyəsinin Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib. Burhanettin Kocamazın hələ Tarsus bələdiyyəsinə rəhbərlik etdiyi zamanlardan bəri hər zaman Azərbaycana böyük sevgi və Qarabağ probleminə, Xocalı Soyqırımı mövzusuna xüsusi duyarlılıqla yanaşdığını xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva Mersin Büyükşehir bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Mersinin mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına və Mersin Böyük Şəhər Bələdiyyəsinin Xocalı Soyqırımını tanıyacağına inandığını deyib və bu istiqamətdə xahişini bir daha təkrarlayaraq Adana bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı Türkiyə qədər sevdiyini deyən Mersin Büyükşehir bələdiyyəsinin sədri Burhanettin Kocamaz Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Mersin bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır deyən Mersin Büyükşehir bələdiyyəsinin sədri Burhanettin Kocamaz hər zaman qardaş Azərbaycanın yanındayıq deyib.

Millət vəkili Qənirə Paşayeva qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclıərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək gəncləri təmsil edən təşkilatların dəvəti ilə Mersinə gəldiyini və bu mövzuları özündə əks etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Bu cür konfransların önəminə toxunan Mersin Böyük Şəhər bələdiyyə başqanı Burhanettin Kocamaz bildirib ki, gənclərimizin erməni yalanların qarşısının alınması və Qarabağ həqiqətlərinin daha çox yayılması istiqamətində rolunu artırmaq üçün bu cür müzakirələr çox önəmlidir.

Millət vəkili Mersin Büyükşehir bələdiyyəsinin sədri Burhanettin Kocamaz və xanımını Azərbaycanda yenidən görməkdən məmnun olacaqlarını bildirərək onu dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən Mersin Büyükşehir bələdiyyəsinin sədri Burhanettin Kocamaz Azərbaycana məmuniyyətlə səfər etmək istədiyini və hər səfərində özünü Vətəndəki kimi hiss etdiyini deyib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Mersin Böyük şəhər bələdiyyə başqanına həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar hədiyyə edib. O da millət vəkilinə Mersinin tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları və özünün müəllifi olduğu kitabları hədiyyə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm