“Azərsu”dan Leyla Əliyevanın ideyasına dəstək
Bizi izləyin

Qırmızı.az

“Azərsu”dan Leyla Əliyevanın ideyasına dəstək

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilən tədbirlərdə yaxından iştirak edir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ətraf mühitin qorunması və ekoloji sabitliyin təmin olunması və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə həyata keçirilən tədbirlərdə yaxından iştirak edir.

“Azərsu”ASC-nin mətbuat xidməti şöbəsindən Publika.Az-a verilən xəbərə görə, İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə həyata keçirilən "Hər kağızı bir yarpağa dəyişək" adlı aksiyaya “Azərsu” ASC də öz dəstəyini verib. Səhmdar Cəmiyyətdə istifadə olunmuş 350 kq istifadə olunmuş kağız fevralın 17-də “ASAN xidmət” mərkəzinə təqdim olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə "Təbiətin qorunması üçün 10 mesaj" devizi ilə həyata keçirilir. Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsi ilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.

Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və vətəndaşlar tərəfindən istifadə olunmuş kağızlar Bakı şəhərindəki "ASAN xidmət" mərkəzlərinin qarşısında quraşdırılmış xüsusi məntəqələrə təhvil verilir. Təhvil verilən kağızlar xüsusi konteynerlərdə toplanılır və onların qeydiyyatı aparılır.

Layihəyə əsasən, hər 50 kq kağız qarşılığında bir ədəd ağacın alınması və həmin ağacın Bakı şəhəri ərazisində əkilməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm