Quba məhkəməsində dava - qadın kişini bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Quba məhkəməsində dava - qadın kişini bıçaqladı

Quba rayon məhkəməsinin qarşısında bıçaqlanma hadisəsi baş verib.

Anspress xəbər verir ki, hadisə günorta təxminən saat 12:50-də olub. Quba rayon polis şobəsinin müstəntiqi Mirmehdi Seyidovun verdiyi məlumata görə, Quba şəhər sakini 50 yaşlı Elçin Məmmədov qonşusu 46 yaşlı Gülarə Əsədova ilə aralarında olan inzibati işlə əlaqədər məhkəmədən sonra mübahisə edib.

Mübahisə zamanı Gülarə Əsədovanın qızı 22 yaşlı Aynur Əsədova Məmmədovdan bacısını harada gizlətdiyini soruşub. Elçin Məmmədov isə belə cavab verib:

"Sənin bacındı, bilmirsən o, hansı restoranlarda gəzir?”

Aynur Əsədova bu sözlərdən sonra Elçin Məmmədova üç bıçaq zərbəsi vurub. E.Məmmədov xəstəxanaya aparılıb, hazırda onun vəziyyəti qənaətbəxşdir. Aynur Əsədova və onun anası Quba rayon polis şobəsində izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, Gülarə Əsədovanın digər qızı Günay Əsədova 15 gündür itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm