Qırmızı.az
Xocalı soyqırımının 23-cü ildönümünə hazırlıq - FOTOLAR
Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinin yerləşdiyi parkda anım tədbirinə hazırlıqlar davam edir.
Hər il faciənin ildönümü ərəfəsində abidə ətrafında hazırlıqlar görülür. Anım gününə bir gün qalmış ərazidə olub, görülən işlərlə maraqlandıq.
Parkda bir neçə gündür başlanan işlər yekunlaşmaq üzrə idi. Park müxtəlif güllərlə bəzədilirdi. Bununla yanaşı 55 metr uzunluğunda “Ana harayı” abidəsinin əks olunduğu baner, üzərində müxtəlif yazı və şəkillər olan lövhələr də asılırdı.
Xətai rayon icra hakimiyyətinin nümayəndələri ərazidə görülən işlərlə maraqlanırdılar.
Xətai rayon İcra Hakimiyyəti İctimai, siyasi və humanitar şöbənin müdiri Kamran İsmayılov artıq bir neçə gündür başlanan işlərin fevralın 25-i axşam saatlarında başa çatacağını dedi:
“İcra hakimiyyəti başçısının sərəncamı əsasında tədbirlər planı hazırlanıb. Həmin plana əsasən, rəsmi tədbir keçiriləcək. Bir neçə müddətdir abadlıq, yenidənqurma işləri aparılır. Plana əsasən “Ana harayı” abidəsinin ətrafına müxtəlif banerlər yerləşdirilir, park boyu güllər əkilir, yaşıllıqlar salınır və ətrafda təmizlik işləri aparılır. Xarici ölkələrdən 100 minə yaxın gül və gül kolları gətirilib. Ətraf ərazilərdə tərtibat işləri aparılır.
Əvvəlki illərdə müxtəlif ictimai təşkilatlar tərəfindən yürüşlər təşkil edilirdi. Lakin bu il bununla bağlı bizə hər hansı müraciət daxil olmayıb. Bu il İcra Hakimiyyəti tərəfindən yalnız ölkə başçısı və rəsmilərin iştirak edəcəyi tədbir keçiriləcək”.
15 ildir parkda çalışan 68 yaşlı Böyükağa Xəlilov hər gün parkda ağaclara qulluq etməkdən yorulsa da, məhz bu günlərdə işləməkdən əziyyət çəkmədiyini deyir.
“Onlar necə əziyyətlə ölüblər. Biz də ən azı onlar üçün parkı abadlaşdıraraq ruhlarını rahatlaşdırmaq istəyirik”.
Qeyd edək ki, bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə “Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Plana əsasən, Bakının Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidələrin önünə əklil qoyulması mərasimlərinin keçirilməsi, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu soyqırımı ilə bağlı tədbirlərin (mətbuat konfranslarının, anma mərasimlərinin və s.) təşkili, xarici və yerli kütləvi informasiya vasitələri, o cümlədən teleradio kanallarında, internet şəbəkəsində Xocalı soyqırımına həsr olunan materialların yayılması nəzərdə tutulub.
Gülxar
Fotolar Elçin
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!