Qırmızı.az
“Yeni Müsavat” Anar Məmmədovdan üzr istədi – FOTOLAR
“Yeni Müsavat” qəzeti Azərbaycanın iş adamı, “Garant Holding” şirkətlər qrupunun təsisçisi, Azərbaycan Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov haqqında yazdığı yanlış məlumatlara görə təkziblə çıxış edərək, ondan üzr istəyib.
Publika.az Oxu.az-a istinadən “Yeni Müsavatın”
bugünkü sayında dərc olunmuş təkzib məlumatını təqdim edir:
“Yeni Müsavat” qəzetinin 3 iyul 2010-cu il tarixli N168 (4484)
saylı sayında “Azadlıq” qəzetinə istinadən “Fövqəlnazirlə nazir
oğlu arasında ayı kababı söhbəti” başlığı, “Anar Məmmədov
Kəmaləddin Heydərovun restoranındakı əyripəncəni 1 milyon manata
kəsdirib kabab bişirtdirib”, “Yeni Müsavat” qəzetinin 21 iyul
2010-cu il tarixli N186 (4502) saylı sayında heç bir mənbəyə
istinad etmədən “Prezident Ziya Məmmədovu danlayıb” başlığı və
“Anar Məmmədovun ayı kababı yeməsinin və yaxta avtoşluğunun hesabı
atasına ödətdirilir”; “Yeni Müsavat” qəzetinin 05 avqust 2010-cu il
tarixli N201 (4517) saylı sayında heç bir mənbəyə istinad etmədən
“Anar Məmmədov ayını kimlərlə yeyib” başlığı və “Ölkəyə səs salan
məclisdə Cavid Qurbanovla Arif Əsgərovun oğulları da olub”; “Məmur
balalarının macərasının videosu ölkə rəhbərliyinə təqdim edilib”;
“Yeni Müsavat” qəzetinin 14 sentyabr 2010-cu il tarixli N239 (4555)
nömrəli sayında “Turan” informasiya agentliyinə istinadən “Şeyx
Anar Məmmədovu Dubaydan qovub” başlığı və “Azərbaycanlı kişilərin
Dubaya səfərinə qadağa qoyulmasına nazir övladının davranışı səbəb
olub”, “Bürc Xələfdə müdhiş dava”; “Yeni Müsavat” qəzetinin 15
sentyabr 2010-cu il tarixli N240 (4556) sayında “Turan” informasiya
agentliyinə istinadən “Anar Məmmədovun yaratdığı beynəlxalq
qalmaqala reaksiya verilmir” başlığı və “Nəqliyyat nazirinin
oğlunun ərköyünlükləri artıq dövlətə də problem yaradıb”; “Yeni
Müsavat” qəzetinin 20 iyun 2011-ci il tarixli N161 (4820) nömrəli
sayında “Nazir oğlunun bahalı avtomobili ölkəyə buraxılmadı”
başlığı və “1 milyon dollarlıq maşından dünyada cəmi üçcədənədir”
adlı məqalələrdə Anar Ziya oğlu Məmmədovla bağlı bir sıra
məlumatlar yayılmışdır.
“Yeni Müsavat” qəzeti Azərbaycan Respublikası Məhkəmələrinin
qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməsinin zəruriliyi
haqqında qanunun tələblərini yerinə yetirərək və həmin məqalələrdə
dərc olunan məlumatların öz təsdiqini tapmadığını və bu səbəbdən
həqiqətə uyğun olmadığını bildirərək, bu cür məlumatları yaydığına
görə üzr istəyir”, - deyə, təkzib yazısında bildirilir.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək