Cəlilabadda orta məktəbdə intihara cəhd
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda orta məktəbdə intihara cəhd

Cəlilabad rayonu 7 saylı orta məktəbdə faciə yaşanıb. Məktəbin 7-ci sinif şagirdi 13 yaşlı qız özünü 3-cü mərtəbədən ataraq intihara cəhd edib.

Bu gün səhər saatlarında baş verən hadisədən sonra qız Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Publika.az-a verilən məlumata görə, səhər saatlarında o, ağır vəziyyətdə xəstəxanaya gətirilib. Təxminən 2 saat həkimlər onu həyata qaytarmaq üçün çalışıblar. Onlar qızın həyatını xilas edə bilsələr də, vəziyyəti hələ də ağır olub. Hadisə nəticəsində qızın çənə və bud sümüyündə açıq sınıqlar olub. Qızın yaşı və sınığın ağır olması nəzərə alınaraq həkimlər onun Bakıya göndərilməsi barədə qərar veriblər.

O, təcili yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Qız özünə gəlib, lakin hadisənin şokunda olduğundan intihar səbəbi barədə məlumat verə bilməyib.

Hadisənin təfərrüatı Cəlilabad Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm