Qırmızı.az
Tofiq Əhmədovun 90 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda estrada musiqisinin
inkişafı və təbliği işində özünəməxsus xidmətləri olan Tofiq
Əhmədovun 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi
ilə Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Tofiq Əhmədovun 90
illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata
keçirsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll
etmək tapşırılıb.
2014-cü ildə Azərbaycan Respublikasının xalq artisti, tanınmış
dirijor və bəstəkar Tofiq Qəzənfər oğlu Əhmədovun anadan olmasının
90 illiyi tamam olur. Tofiq Əhmədov uzun illər ərzində estrada
orkestrinin bədii rəhbəri və baş dirijoru kimi səmərəli fəaliyyət
göstərmiş, ölkənin müasir musiqi mədəniyyəti xəzinəsinə layiqli
töhfələr vermişdir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK