Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb
Bizi izləyin

Qırmızı.az

Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının ümumi iclasının qərarı ilə bu Akademiyanın akademiki seçilmiş və ali mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq görülmüşdür.

Publika.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mühəndislik Akademiyasına Ukrayna Mühəndislik Akademiyasından təbrik məktubu daxil olmuşdur. Məktubda deyilir: "Biz Azərbaycan Mühəndislik Akademiyası ilə elmi və işgüzar əlaqələri daim genişləndirir və dərinləşdiririk. Biz istedadlı təşkilatçı, geniş təfəkkürə malik rəhbər, dünya şöhrətli alim, nəcib insan kimi akademik Arif Paşayevin xidmətlərini yüksək qiymətləndiririk.

Rəyasət heyətinin qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının akademiki Arif Paşayev elm və texnikanın inkişafına, beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə Ukrayna Mühəndislik Akademiyasının ali mükafatı - "Mühəndislik Şöhrəti" ordeni ilə təltif edilmişdir.

Eyni zamanda, bildiririk ki, Ukrayna Mühəndislik Akademiyasının ümumi yığıncağının qərarı ilə A.Paşayev onun həqiqi üzvü (akademiki) seçilmişdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm