Bu küçələrdən keçməyin
Bizi izləyin

Qırmızı.az

Bu küçələrdən keçməyin

Bakının bəzi küçələrində yenə tıxac var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda ən böyük tıxac Bakı-Sumqayıt şosesi – Avtovağzalın qarşısında müşahidə olunur.

Paytaxtın Həsən Əliyev küçəsi – ASAN xidmətin qarşısında, Ş.İ.Xətai prospektindən Təhsil Nazirliyinin qarşısına doğru avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Sürücülərə alternativ olaraq Bakıxanov və ya Təbriz küçələri ilə hərəkət etmək tövsiyə olunur.

Qeyd edək ki, bu gün Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar Xocalı prospektində "Ana fəryadı" abidəsinin önündə keçiriləcək hüzn mərasimində iştirak edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə Xocalı prospektində bütün avomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Səhər saat 7:00-dan Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Fəzail Bayramov, Sergey Senyuşkin, Ayaz İsmaylov, Sabit Orucov, Natiq Əliyev, İzzət Orucov, Süleyman Vəzirov və Mehdi Mehdizadə küçələrindən Xocalı prospektinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdirilib.

Sürücülərdən tədbirin keçirildiyi ərazidə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi xahiş olunur və nəqliyyat sıxlığının yaranmaması məqsədi ilə ictimai nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm