Astara bazarındakı yanğın söndürülüb - FHN
Bizi izləyin

Qırmızı.az

Astara bazarındakı yanğın söndürülüb - FHN

Astaranın mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.

Astaranın mərkəzi bazarında baş vermiş yanğın söndürülüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Astara şəhərində ümumi sahəsi 9000 kv.m olan mərkəzi bazarın ərazisində taxta konstruksiyalardan ibarət, bir-birinə bitişik olan piştaxtaların yanar konstruksiyaları və piştaxtalara yığılmış geyim paltarları 1500 kv.m sahədə yanıb.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm