Bu gün hava buludlu olacaq, lakin yağmursuz - Hava Haqqında
Bizi izləyin

Qırmızı.az

Bu gün hava buludlu olacaq, lakin yağmursuz - Hava Haqqında

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var.

Temperaturun gecə 3-5°, gündüz 8-13° isti, Bakıda gecə 3-5°, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturum gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperatur gecə 0-4° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 0-5°, gündüz 11-16° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Temperaturun gecə 0-3°, gündüz 9-14° isti, dağlarda gecə 0-3°, yüksək dağlıq ərazilərdə 3-7° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Temperaturun gecə 1-6°, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.

Temperatur gecə 4-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-3°, gündüz 5-10° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, fevralın 18-də arabir güclənən cənub küləyinin 19-da güclü şimal küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm