Bakıda daha bir yol təmirə bağlanır
Bizi izləyin

Qırmızı.az

Bakıda daha bir yol təmirə bağlanır

Bakının mərkəzi yollarında təmir işlərinin aparılması davam edir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, fevralın 27-si gecə saat 23-dən etibarən Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Fikrət Əmirov küçəsi ilə kəsişməsinədək olan hissəsində avtomobillərin hərəkəti dayandırılacaq.

Təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi nəzərdə tutulub. İşlər 3-4 gün müddətinə davam edəcəyindən sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm