Qırmızı.az
Cəlilabadda müəllim qışqırdı, şagird 2-ci mərtəbədən yıxıldı
Azərbaycanda məktəblərdən birində dəhşətli hadisə baş verib.
ANS PRESS-ə daxil olan məlumata görə, fevralın 25-də Cəlilabad
rayonunda 7 nömrəli orta məktəbdə 6-cı sinif şagirdi 2-ci
mərtəbədən aşağı düşüb.
Belə ki, Ziya adlı sinif rəhbəri 12 yaşlı Əminə Əsədovanı təhqir
edib. Qızın təhqir edilməsinə səbəb isə məktəbin dəhlizində bir
oğlanın ondan siniflərinin yerini soruşması olub. Bunu görən sinif
rəhbəri isə qızı təhdid edərək bildirib ki, sənin atana məktəbdə
oğlanla söhbət etdiyini deyəcəm. Ə.Əsədova isə deyib ki, o sadəcə
dərsin hansı otaqda keçiriləcəyini soruşub. Lakin müəllim qızı
təhqir etməyə davam edib.
12 yaşlı qız isə pəncərəyə söykənərək ağlamağa başlayıb. Ziya
müəllim qəfildən qızın üstünə qışqıraraq yerində oturmağı tələb
edib. Səsdən diksinən Ə.Əsədova pəncərədən aşağı düşüb.
Qızı dərhal xəstəxanaya yerləşdiriblər. Ə.Əsədova 4 saata yaxın
komada qalıb və onu təcili Bakıya göndəriblər. Qızın ayaqları,
qolları, çənəsi sınıb, başından travma alıb.
Hadisə ilə bağlı məktəb direktoru heç bir açıqlama verməyib.
Mözunu diqqətdə saxlayacağıq...
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI