Saatlıda beton arakəsməyə çırpılan avtomobil yanıb, ölən var
Bizi izləyin

Qırmızı.az

Saatlıda beton arakəsməyə çırpılan avtomobil yanıb, ölən var

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Saatlı rayonu, Məmmədabad kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin su kanalı üzərindəki körpünün beton arakəsməsinə çırpılması nəticəsində yanğınla nətic

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Saatlı rayonu, Məmmədabad kəndində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin su kanalı üzərindəki körpünün beton arakəsməsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.

Qəza nəticəsində, sürücü 1983-cü il təvəllüdlü Əhmədov Elşən Telman oğlu aldığı yanıq və bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01: 48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm