Azərbaycan Universitetləri beynəlxalq təlimlərdə
Bizi izləyin

Qırmızı.az

Azərbaycan Universitetləri beynəlxalq təlimlərdə

“ENOTES Layihəsi Çərçivəsində” əməkdaş universitetlərin akademik heyəti təlimlərdə istirak etmək üçün Litvanın Kaunas şəhərinə gedib.

Publika.Az-ın verdiyi məlumata görə, TEMPUS proqramı tərəfindən maliyyələşdirilən və Qafqaz Universitetinin kordinatoru olduğu layihənin əsas məqsədi ECDL Milli Test Mərkəzlərinin əməkdaş universitetlərdə qurulmasını təşkil etməkdir. Layihə vasitəsilə ölkənin ali təhsil ocaqlarında informasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və bununla milli təhsil sisteminin təkmilləşdirilməsi, təlim tədris prosesində müasir metodlardan istifadə və informasiya texnologiyaları biliklərində ölkədə beynəlxalq standartların tətbiqi hədəflənib. Bu məqsədlə fevralın 17-dən 20-dək Litvanın Kaunas şəhərində inzibati heyətdə çalışan əməkdaşlar üçün ilkin təlimlər keçirilir.

Təlimlər ECDL sertifikatlarının ölkədə tətbiqi prosesində promosiya strategiyasının təşkili, Avropanın İnformasiya Kommunikasiyaları Gündəliyi, sertifikatın lokalizasiyasının Litva təcrübəsi, nəşr olunacaq ədəbiyyatla bağlı tələblər, nümunə testlər, ECDL Litvanın digər yerli universitetlərlə əməkdaşlığı seminarlarda müzakirə edilib.

Litvanın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil edilən təlimlərdə Azərbaycan Dövlət Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm İnstitutu, Bakı Biznes Universiteti, Naxçıvan Özəl Universiteti və Qafqaz Universitetindən nümayəndələr iştirak ediblər.

Onu da qeyd edək ki, Avropa İttifaqı çərçivəsində maliyyələşdirilən Tempus proqramı Təhsil Mədəniyyət Agentliyi tərəfindən idarəedilir. Proqram tərəfdaş ölkələr Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya, Şimali Afrika və Orta Şərqdə daxil 27 ölkəni əhatə edərək ali təhsilin modernizasiyasını hədəfləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm