ATGTİ Gənc Alim və Mütəxəssislər Şurası ilə memorandum imzaladı
Bizi izləyin

Qırmızı.az

ATGTİ Gənc Alim və Mütəxəssislər Şurası ilə memorandum imzaladı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası arasında əməkdaşlıq barəsindəmemorandum imzalanıb.

Publika.Az-ın verdiyi xəbərə görə, görüş çərçivəsində ATGTİ-nin sədri Şahin İsmayılov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov Şuranın idarə heyyətinin üzvləri Orxan Abbasov, Nüsrət Siracov, Eşqanə Babayevə və digərləri iştirak edib.

ATGTİ-nin sədri Şahin İsmayilov keçirilən görüş çərçivəsində tələbələrin elmə olan marağı, bu sahədə ATGTİ tərəfindən görülən işlərdən danışıb. Daha sonra ATGTİ ilə Gənc Alim və Mütəxəssislər Şurasının gənclərin elmi fəaliyyətə yönəldilməsi və bu yolda inkşafa nail olmaq məqsədi ilə görüləcək işlərdən və həyata keçiriləcək elmi konfrans və forumlar haqqında danışılıb.

Sonda hər iki tərəf arasında sənəd imzalanıb və xatirə fotosu çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm